City Park Təqdimat
City Park Ticarət Mərkəzi Bakının ən gözəl yerlərindən biri olan Ağ Şəhər ərazisində fəaliyyətə başlayır. Mərkəzin brendinq tərzinə uyğun, səliqəli və müxtəlif bölmələri vahid üslubda təqdim edən dizayn hazırladıq.
Xidmət
Təqdimat dizaynı
Sifarişçi
City Park
Tarix
2021


Qarşıya qoyulan vəzifə
İnvector və ticarət mərkəzinin müştəriləri üçün hazırlanan təqdimatın əsas məqsədi mərkəzi tam əsaslı təqdim edərək inam qazanmaqdır. Ticarət Mərkəzi strukturunu, hədəf kütləsini, mərkəzdə yer alan müxtəlif sahələri
təsvir edərək məlumat verməli idi.
Həll yolumuz
Yetəri qədər geniş məlumatı istər doğru seçilən vizuallar və ikonların hazırlanması yolu ilə izləyiciyə təqdim etdik. Təqdimatda yer alan müxtəlif bölmələri sahəyə spesifik olan ikonlar hazırlayaraq təsvir etdik. Dizayn zamanı mərkəzin brendinq üslubu nəzərə alınıb.


Təqdimat dizaynı biznes strukturlarının diqqətlə yanaşmalı olduqları marketiq alətidir. Şirkətinizin simasını, işə yanaşmanızı, tərəfdaşlara verilən dəyəri təqdim edir. Dizayn zamanı təqdimatın məqsədi əsas alınaraq minimum mətn, maksimum vizualdan istifadə edilib. Mövzulara uyğun şəkildə hazırlanan ikonlar məlumatı təsvir edirək aksent yaradır. Müasir trendləri nəzərə alaraq hazırlanan sadə təqdimat səliqəli görsənməklə yanaşı izləyicini qarışıq
görüntü ilə yormur.











