google-site-verification=KcSyDoiMoytcmfx5FPosKKBFBy01KVwFES1Ru5z1bKA google-site-verification: google5aa20a477de60c24.html
top of page
Writer's pictureKhudayar Aghayarov

Yaradıcı dizayn metodları — SCAMPER



Müasir qrafik redaktorların təqdim etdiyi effektlərə o qədər aludə olmuşuq ki, dizayn prosesini idarə etməyi, dizayn metodlarını araşdırıb öyrənməyi unutmuşuq. Müxtəlif layihələr üzərində işləyərkən adət etdiyimiz bir neçə davranışı daim təkrarlayırıq. Dizayn saytlarını açır, analoji layihələrə baxır və maksimum bənzətməyə çalışırıq. Layihə haqqında detallı araşdırma etməyi fikirləşmirik. Problemi həll etmək istiqamətində etdiyimiz ən məhşur iş layihənin estetik tonunu təyin edən vizualları toplamaq olur. Görmə yetənəyimizə güvənərək verilən tapşırığı görüntü baxımdan həll etməyə çalışırıq. Nəticə də isə müxtəlif dizayn platformalarında sıxlıqla rastlaşdığımız oxşar işlərin formalaşmasına səbəb oluruq.


Bir dizayner üçün texniki bacarıqlar, müştəri münasibətləri, görmə yetənəyi, yaradıcılıq və portfolio nə qədər vacibdirsə dizayn metodlarını bilərək prosesi idarə etmək o qədər vacibdir. Peşəkar bir dizayner olmaq üçün bu metodları öyrənib, müxtəlif layihələr üzərində tətbiq etməyi bacarmalıyıq. Çünki metodlar yaradıcı problemləri həll etməyə, sifarişçi tələblərini doğru şəkildə anlamağa və layihəni inkişaf etdirməyə xidmət edir. Deməli bu metodlar əslində dizaynerin silahı, çətin keçən yaradıcılıq döyüşündə zaman itkisiə qarşı effektiv qalxanıdır.


Dizayn metodlarından xəbərsiz olan dizayneri təmsili olaraq, xəritə və ya GPS olmadan səyahət edən bir avtomobil sürücüsünə bənzədə bilərik. Avtomobil sürücüsü, gedəcəyi məkana çatmaq üçün xəritə və ya GPS-in yön göstərməsinə ehtiyac duyur. Dizayn metodları da eyni şəkildə dizaynerlərə yaradıcı problemləri həll etmək və effektiv dizayn həlləri tapmaq üçün yol və yöndəm göstərir. Metodlardan xəbərsiz olan dizayner problemləri həlli istiqamətini tapmaqda yol xəritəsi olmadan hərəkət edən sürücü kimi olacaq.


Yaradıcı prosesi daha sistemli və effektiv şəkildə idarə etmək, nəticələri optimallaşdırmaq üçün istifadə etdiyimiz strategiya və yanaşma nədir? Bu sualı hər bir dizayner karyerası ərzində özünə verməlidir. Nə qədər tez verərsə o qədər yaxşıdır.


Doğru suallar layihə problemlərini, gözləntiləri almaq üçün verilir. Yaradıcı düşüncənin formalaşması doğru sualları təyin etməkdən keçir. SCAMPER metodu isə dizaynerə layihə üçün doğru olan yanaşmanı tapmağa kömək edən istiqamətləndirici sual və ya təkliflər məcmusudur. Bu üsul vasitəsi ilə layihələrinizi təkmilləşdirə və ya tamamilə yeni yanaşmalar kəşf edə bilərsiz.



Bəs SCAMPER nədir?


SCAMPER, müəyyən problemi həll etmək üçün istifadə olunan tədqiqat və ya dizayn metodudur. Bu metod əvvəlcə məhşur amerikalı reklam biznes idarəçisi “beyin fırtınası” yaradıcı texnikasının sahibi Aleks Feikney Osborn (Alex Faickney Osborn) tərəfindən təqdim olunmuş, daha sonralar isə Robert Eber tərəfindən inkişaf etdirilmişdir. Alex F. Osborn, yaradıcılıq və problem həll etmə sahəsində müxtəlif tədqiqatlar aparmış və bu sahədə bir sıra metodların formalaşmasına səbəb olmuşdur. 1953-cü ildə "Applied Imagination" adlı kitabını yazaraq yaradıcı düşünmə metodlarına və texnologiyalarına geniş yer ayırmışdır. Alex Faickney Osborn'un tədqiqatları və fikir təklifləri, yaradıcı düşüncə (yanaşma) və problem həll etmə istiqamətlərinin inkişafına böyük töhfə verib.



SCAMPER metodunu bir cümlə ilə izah etməyə çalışsaq — "Hər yenilik köhnənin dəyişdirilmiş versiyasıdır (modifikasiyasıdır).”

Osbornun təqdim etdiyi SCAMPER metodu yaradıcı düşüncəni idarə edərək müxtəlif fikirlər əldə etməyə köklənib. SCAMPER abreviatur olaraq metodun əsas elementlərinin ilk hərflərini təmsil edir:


S — Substitute (Əvəzləmək): Mövcud dizayn elementlərini — rəng, şəkil, mətn, forma və materialı dəyişərək onları əvəzləyin.


Suallar:

Dizayn komponentlərini nə ilə əvəz edə bilərəm?

Məhsul formasını necə əvəzləyə bilərəm?

Adlandırmanı dəyişə, əvəzləyə bilərəm?




C — Combine (Birləşdirmək): Fərqli ideya, element və ya konseptləri birləşdirərək yenisini yaradın.

Suallar:

Hansı dizayn komponentlərini birləşdirə bilərəm? Müxtəlif fikirləri bir fikir altında birləşdirə bilərəm? Nəticə əldə etmək üçün müxtəlif bacarıqları birləşdirə bilərəm?


A — Adapt (Uyğunlaşdırmaq): Mövcud bir fikri, elementi və ya konsepti yeni bir məqsəd üçün uyğunlaşdırın.

Suallar:

Hansı dizayn komponentlərini birləşdirə bilərəm?

Müxtəlif fikirləri bir fikir altında birləşdirə bilərəm?

Nəticə əldə etmək üçün müxtəlif bacarıqları birləşdirə bilərəm?



M — Modify (Dəyişdirmək): Mövcud ideya, element və ya konsepti dəyişdirərək, təkmilləşdirin.

Suallar:

Daha əvvəl oxşar ideya və ya məhsul görmüsən?

Fərqli ideyanı mövcud dizaynıma necə uyğunlaşdırım?

Mövcud ideyanı fərqli dizaynlar üçün tətbiq edə bilərəm?


P — Put to another use (Başqa məqsədlə istifadə etmək): Mövcud bir fikri və ya elementi başqa bir məqsədlə istifadə edin.


Suallar:

İdeya şəklini necə dəyişdirə bilərəm?

İdeyanı necə genişləndirə bilərəm?

Dizayn və ya məhsulu necə səmərəli edə bilərəm?



E — Eliminate (Çıxarmaq): Mürəkkəb tərkibi ixtisar edərək azaldın, dizayn konseptinizi sadələşdirin.


Suallar:

Dizaynı fərqli məqsədlə necə istifadə edə bilərəm?

Dizayn fikri hədəf kütləsi üçün uyğundur?

İdeya ilə dizayn konsepti təzadlıq təşkil etmir?


R — Reverse (Tərsinə çevirmək): Dizayn element və ya fikirləri tərsinə çevirərək, əksini düşünün.

Suallar:

İdeya və dizayn konseptini sadələşdirmək mümkündür?

Məhsulu fərqli cür necə istifadə edə bilərəm? 



SCAMPER effektiv fikirlər yaratmaq istəyən beyinlərə kömək edən praktik metoddur. Qrafik dizaynerlər olaraq bu metodu müxtəlif layihələrdə tətbiq edərək yaxşı nəticələr əldə edə bilərik.



Commenti


bottom of page