Universal Pro məhsul
kataloq dizaynı
Fəaliyyətini 1998-ci ildən başlayan Universal Pro şirkəti inşaat bazarı və neft qaz sənayesində istifadə olunan materialların satışı ilə məşğul olur. Sənaye avadanlıqları və onların ehtiyyat hissələri, qazma, əl, elektrik alətləri, kimyəvi maddələr və s. məhsul və xidmətlər təklif edən şirkət sektorda uzun zamandır sözünü deyib.
Qarşıya qoyulan vəzifə
Qarşıya qoyulan əsas məqsəd və geniş məhsul, xidmət portfelini əsaslı, vizual identifik kimiliyə məxsus şəkildə təqdim etmək, dizayn vasitəsiylə potensial sifarişçilər, sahibkarları cəlb etmək idi. Hazırlanacaq kataloq inşaat və sənaye bazarına uyğun olmaqla yanaşı, şirkətin alıcılarına verdiyi dəyəri təqdim etməli idi.
Həll yolumuz
Kataloqda məhsul çeşidini və geniş xidmət portfelini, göstərmək üçün bölmələr dizayn edilib. Hər bölməyə məxsus tərkibdə yer alan istiqamət üzrə qoşa səhifə ayrılıb. Səhifələrin tərkibində məhsul istiqaməti haqqında məlumat mətn və simvol ilə müşayət edilir. Məxsusi avandalıqlarəm tərkibi isə cədvəl şəklində təqdim edilib.
Universal Pro şirkəti Bosch, Magmaweld, ESAB, Hazet, Force, Beta, Telwin, Clipper, Mosa, Netlift, Stanley, Çağsan, Norton-Saint Gobain, Honda Generators, Hioki, 3M, Chicago Pneumatic, Genpower, Rothenberger, Norton, Özaylar, Yıldız, Klingspor, Uniflex, Interflex, Soudal, Bostik, Elkay, Grabond kimi şirkətlərin rəsmi nümayəndəliyi kimi fəaliyyət göstərir. Bu səbəbdən həmin şirkətlərin loqoları da məxsusi avadanlıq səhifələrində yerləşdirilib.